Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“AzSığorta” xalis mənfəəti 4 milyon manatı keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzSığorta” xalis mənfəəti 4 milyon manatı keçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AzSığorta” 2018-ci ilin 1-ci birinci yarısını mənfəətlə bitirib. İlk yarımillikdə şirkətin xalis mənfəəti 4 230 084 manat təşkil edib. Bu barədə "Marja"ya Şirkətdən bildirilib.

 

Reklam_3_11

Qeyd edilib ki, 2018-ci ilin yanvar – iyun ayları ərzində“AzSığorta” ASC-nin əsas əməliyyat, investisiya, subroqasiya və digər gəlirlər daxil olmaqla ümumi gəlirləri 16 577 403 manat təşkil edib ki, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 2 239 130 manat və ya 16% çoxdur.  

     

Bu ilin ilk yarısında “Azsığorta” ASC-nin xərcləri isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 36% azalaraq 11 289 798 manat təşkil edib. Xatırladaq ki, 2017-ci ilin 1-ci yarısında bu göstərici 17 689 542 manat olmuşdur. 2018-ci ilin ilk altı ayınının  5 550 591 manatı əsas əməliyyat xərclərinin, 5 241 343 manatı işlərin aparılmasına, 497 863 manatı isə sair xərclərin payına düşür. Nəticədə vergiqoyulmadan əvvəl mənfəət 5 287 605  manat, xalis mənfəət isə 4 230 084 manat təşkil etmişdir.

 

1 GÜNƏ KREDİT ALIN!

 

“Hazırda cari ilin 1-ci rübündəki müsbət tendensiyanın davam etdiyini müşahidə edirik. Ümumlikdə birinci yarımillikdə 4 milyon xalis mənfəət, ilk növbədə şirkətin bütün sahələrdə paralel olaraq inkişaf etdiyini göstərdi. Hazırda bu dinamikanın stabilliyini saxlayaraq müsbət göstəriciləri daha da artırmaq niyyətindəyik”  - deyə, “Azsığorta” ASC İdarə Heyətinin Sədri Anar Talıbov bildirib.  

26.07.2018 08:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ