Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bank “BTB”nin mənfəəti 9 dəfə artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank “BTB”nin mənfəəti 9 dəfə artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin birinci yarısının nəticələrinə əsasən Bank “BTB” ASC mənfəətin artımını müşahidə etmişdir.

 

Reklam_3_11

Bankdan “Marja”ya daxil olmuş məlumata görə, 30.06.2018-ci il tarixinə Bankın aktivləri 299 milyon 449.09  min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə  27.39%-ə yaxın artım deməkdir. Bankın aktivlərinin artımı kredit portfeli hesabına təmin olunub. Kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 135 milyon 931.2 min. manatdan 189 milyon 556 min manata çatıb. Bu isə artım tempinin 39.45 % olması deməkdir. 

 

Yarım ilin yekununda bankın mənfəəti 1 milyon 47.91 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 dəfə çoxdur.

 

Məcmu kapital isə bankların kapital tələbinə tam cavab verərək 54 milyon 874.86  min manat təşkil edir.

 

Qeyd edək ki, hal hazırda Bank “BTB” ASC 10 filial, 5 şöbə və Baş ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidməti Departamenti ilə təmsil olunur.

26.07.2018 08:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ