İyul ayı üzrə pensiyaların maliyyələşdirilməsi tam yekunlaşıb
Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiyaları da əvvəlki ayların artımları ilə birgə ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu bu ilin iyul ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini yekunlaşdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yadığı məlumata görə, pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafikinə əsasən, iyul ayının 9-da Naxçıvan MR, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, 13-də respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 19-da respublikanın digər rayonları üzrə pensiyaların Fondun orqanlarının xəzinə hesablarına köçürülməsi təmin edilib.
İyulun 24-də isə hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyalarının əvvəlki ayların artımları ilə birgə maliyyələşdirilməsi başa çatdırılıb.
Məlumat üçün bildirək ki, bu kateqoriyadan olan və 1 iyul 2017-ci il tarixədək əmək pensiyası təyin olunmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” əsasında yenidən hesablanaraq artırılıb. Artımlar cari ilin ötən dövründə onların çalışdıqları müvafiq sahələr üzrə əmək haqqında artımların edildiyi vaxtdan hesablanıb və toplam halda iyul ayının pensiyası ilə birgə onların pensiya hesablarına köçürülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
3 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl