Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu il biyan zavodunun istifadəyə verilməsi nəzərdə tutulur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il biyan zavodunun istifadəyə verilməsi nəzərdə tutulur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ağdaş rayonunun Şıxlı kəndi ərazisində 6480 kvadratmetr istehsal sahəsi olan biyan tədarükü zavodu inşa edilir.

 

Zavodun inşası ilə bağlı bir sıra işlər başa çatıb. Belə ki, qəbul məntəqəsində elektron tərəzi quraşdırılıb, işçi otağı tikilib. Enerji təchizatı ilə əlaqədar bütün işlər görülüb. Qazanxana binasında da avadanlıqlar quraşdırılıb, bəzi avadanlıqlar sınaqdan keçirilib.

 

Müəssisədə biyanın doğranması üçün 3 xətt quraşdırılıb. Burada biyan kökləri təmizlənəcək, yuyulacaq, doğranaraq parda qurudulacaq və kisələrə doldurulacaq. Kisələrin saxlanması üçün anbar tikilir. Anbarda temperaturun normal dərəcədə saxlanmasından ötrü kameralar qurulacaq.

 

Zavodun bu il istifadəyə verilməsi nəzərdə tutulub. Tam gücü ilə işləyəcəyi halda 130-150 nəfər işçinin çalışacağı nəzərdə tutulub.

 

Qeyd edək ki, biyan zavodu “Biyan Product” MMC tərəfindən inşa olunur. Cəmiyyət Ağdaşın Şıxlı, Mürsəl və Aşağı Nemətabad kəndləri ərazisindən 1000 hektar torpaq sahəsi alıb. Ərazidə 16 ədəd suvarma qurğusu quraşdırılıb ki, bu da 603 hektarın mexaniki suvarılmasını təmin edəcək. Sahələrin artıq 220 hektarına biyan əkilib. Daha 150 hektarda biyan əkini üçün şum çıxarılıb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

© Azərtac

26.07.2018 14:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ