Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Aqroparkda ilk dəfə qarğıdalının Serbiyadan gətirilən sortları əkilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aqroparkda ilk dəfə qarğıdalının Serbiyadan gətirilən sortları əkilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il “Yalama Aqropark”da 147 hektar dənlik, 414 hektar sahədə isə silosluq qarğıdalı əkini aparılıb.

 

Reklam_3_11

Avqustun ikinci yarısından silosluq, sentyabrın 15-dən isə dənlik qarğıdalının toplanmasına başlanılacaq. Əldə olunan məhsul aqroparkdakı heyvandarlıq təsərrüfatlarının əsas qaba yem komponenti ilə təmin olunmasında istifadə olunacaq.

 

“Yalama Aqropark”da qarğıdalı üzrə yüksək məhsuldarlıq səviyyəsinə nail olunması üçün istehsal sahələri üzrə innovativ yanaşma və müasir texnologiyadan istifadə olunur. Bu il aqroparkda ilk dəfə olaraq qarğıdalının Serbiyadan gətirilən sortları da əkilib.

 

“Yalama Aqropark” MMC-nin əkinçilik xidmətinin müdiri Qurban İmanov bildirib ki, qarğıdalı sahələrindən yüksək məhsul əldə etmək üçün bitkilərə aqrotexniki qulluq davam etdirilir. Əkin sahələri ziyanverici və alaq otlarına qarşı 3 dəfə dərmanlanıb, bir dəfə isə herbisid səpilib. Qarğıdalı sahələri ay ərzində müasir suvarma şəbəkəsi vasitəsilə 7-8 dəfə suvarılıb. Aqroparkın ərazisində qarğıdalı ilə yanaşı arpa, yonca, şəkər çuğunduru bitkiləri də becərilir.

 

Son bir neçə ildə “Yalama Aqropark” MMC-də dənlik qarğıdalı əkini üzrə orta məhsuldarlıq, ümumilikdə 15 ton və ondan yuxarı olub. Bu, ölkə üzrə qeydə alınan ən yüksək göstəricidir.

 

1 GÜNƏ KREDİT ALIN!

 

© Azərtac 

26.07.2018 14:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ