Ən yuxarı statik reklam_3

AQTA: Fəaliyyətin qadağan olunması və cərimə tətbiqi nəzərdə tutulmayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
AQTA: Fəaliyyətin qadağan olunması və cərimə tətbiqi nəzərdə tutulmayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi ilə bağlı bəzi saytlarda qeydiyyata alınmamış təsərrüfat subyektlərinin fəaliyyətinin qadağan olunacağı haqqında məlumatlar yer alıb.

Reklam_3_11

 

Qida təhlükəsizliyi Agentliyi bəyan edir ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyat və dövlət reyestrinin aparılması əvvəlcədən elan olunduğu kimi mərhələli şəkildə həyata keçirilməkdədir. Bu dövr ərzində sahibkarlıq subyektlərinin fəaliyyətinin qadağan olunması, cərimə və sanksiyaların tətbiqi nəzərdə tutulmamışdır:

 

"Hazırda qeydiyyat və dövlət reyestrinin aparılması işləri ilə paralel olaraq sahibkarların bu istiqamətdə maarifləndirilməsi və onlara peşəkar səviyyədə metodiki yardımların göstərilməsi işləri həyata keçirilir.

 

Əlavə olaraq bildiririk ki, üç mərhələdə həyata keçiriləcək qeydiyyat və dövlət reyestrinin aparılması zamanı, birinci mərhələdə (iyul-avqust ayları) qida məhsulları sahəsində fəaliyyət göstərən istehsalat və təsərrüfat müəssisələrinin qeydiyyatı, ikinci mərhələdə (sentyabr-oktyabr ayları) qida məhsullarının istehlakçılara çatdırılmasında iştirak edən ticarət müəssisələri, satış mərkəzlərinin, üçüncü mərhələdə isə (noyabr-dekabr ayları) qida zəncirində xidmət sahəsini əhatə edən ictimai iaşə obyektlərinin qeydiyyatının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda bütün mərhələlərdə digər sahələr üzrə müracət edən sahibkarlıq subyektlərinin də qeydiyyatının və dövlət reyestrinin aparılması həyata keçiriləcək.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, qeydiyyat və dövlət reyestrinin aparılması prosesinində sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstəriləcək və bütün mərhələlərində sahibkarların yeni qaydalarla bağlı maarifləndirilməsi və fəaliyyətlərini təkmilləşdirmələri üçün onlara metodiki tövsiyələr veriləcəkdir".

26.07.2018 15:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ