Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Nar” Şəkidə 4G şəbəkəsini qurdu

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Nar” Şəkidə 4G şəbəkəsini qurdu

 

Ölkənin ən gənc mobil operatoru olan “Nar” yüksək keyfiyyətli 4G şəbəkəsini bölgələrdə sürətlə artırmağa davam edir.

Reklam_3_11

 

4G şəbəkəsinin istismara verildiyi növbəti region isə Şəki oldu. Ümumilikdə Şəkidə şəhərində 6 4G baza stansiyası abunəçilərin istifadəsinə təqdim olunub. Bundan əlavə 36 3G və 45 2G baza stansiyaları Şəki sakinlərin keyfiyyətli və yüksəksürətli mobil rabitə xidmətləri ilə təmin edir.

 

Hazırda mobil operator 4G şəbəkəsinin əhatə dairəsini bütün Azərbaycan boyunca sürətlə genişləndirir və ölkədə ən geniş 4G şəbəkələrindən birinə malikdir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq 33 bölgə “Nar” 4G şəbəkəsi ilə əhatə olunub.

 

2018-ci ildə “Nar” 4G şəbəkəsinin əhatə etdiyi bölgələr bunlardır: Ağdaş, Ağcabədi, Cəlilabad, Daşkəsən, Gəncə, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Oğuz, Qax, Qazax, Quba, Qusar, Qəbələ, Saatlı, Salyan, Siyəzən, Şabran, Şəki, Şamaxı, Şəmkir, Şirvan, Tovuz, Ucar, Xaçmaz, Yardımlı, Yevlax, Zaqatala.

 

“Nar” böyük sürətlə 4G şəbəkəsini həm paytaxt Bakıda, həm də regionlarda artırır. Hazırda ölkə ərazisində 1292 sayda 4G  baza stansiyaları fəaliyyətdədir.

 

Qeyd edək ki, ötən il “Nar” zəng xidmətlərinin keyfiyyətinin yüksəldərək “HD-Voice” xidmətini tətbiq etmiş və keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə Azərbaycanda ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları şəbəkə testləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdı. 

26.07.2018 16:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ