Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

ABŞ Senatının alt komitəsi Türkiyəyə sanksiyanı qəbul etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ Senatının alt komitəsi Türkiyəyə sanksiyanı qəbul etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi, Türkiyədə terror təşkilatları FETÖ və PKK ilə əlaqədə ittiham olunan ABŞ vətəndaşlarının həbs olunmalarını əsas göstərərək hazırladığı və Türkiyənin beynəlxalq təşkilatlardan kredit almasını məhdudlaşdıran layihəni qəbul edib.
 

"Marja" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və vitse - prezident Mayk Pens, ABŞ-lı rahib Endryu Kreyq Brunsonın sərbəst buraxılmaması halında Türkiyəyə sanksiya tətbiq edəcəkləri barədə hədələyici ifadələr işlətmişdilər. Bundan sonra, ABŞ Senatının Xarici Əlaqələr Komitəsi "Türkiyə Beynəlxalq Maliyyə Qurumları Qanunu" adı ilə, Türkiyənin beynəlxalq təşkilatlardan kredit almasını məhdudlaşdıran layihəni qəbul edib.
 

Reklam_3_11

Senatorlar  Bob Corker, Bob Menendez, James Lankford, Thom Tillis, Jeanne Shaheen ve Bill Nelson-ın imzaları ilə təqdim olunan layihə Xarici Əlaqələr üzrə Komitəsində qəbul edilib.
 

Layihə qüvvəyə minərsə Türkiyənin beynəlxalq maliyyə təşkilatlarından kredit alması çətinləşəcək.
 

Senator Corker, layihəyə dair açıqlamasında məhkəmənin müstəqilliyi prinsipini heçə sayaraq, "Bu layihəni heç vaxt istəməmişik, lakin Türkiyə hökumətini, ABŞ vətəndaşları və yerli səfirlik işçilərini haqsız yerə həbs etməsinin və narahat etməsinin pis nəticəsinin olacağı barədə xəbərdarlıq etdik", -ifadələrini istifadə edib.
 

1 GÜNƏ KREDİT ALIN!

 

Senatın Xarici Əlaqələr üzrə Komitəsində qəbul edilmiş layihənin qanuniləşməsi üçün həm Senat, həm də Nümayəndələr Palatasından keçməsi və ABŞ Prezidenti tərəfindən imzalanması lazımdır.
 
Layihə, ABŞ Xəzinə Nazirliyi, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı daxil digər beynəlxalq maliyyə qurumlarının Türkiyəyə kredit verməsini məhdudlaşdırır.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, "Türkiyəyə heç kim diktə edə və hədə-qorxu gələ bilməz. Hüquq normaları hər kəs üçün istisnasız keçərlidir" ifadəsini istifadə edib.

 

Türkiyə və ABŞ əlaqələrinin pisləşməsi ilə əlaqədar olaraq Türk Lirəsi Dollar qarşısında dəyərdən düşür. Bu dəqiqlərdə Dollar/TL məzənnəsi 4.87 səviyyələrindədir. 

27.07.2018 05:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ