Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Exchange”lər yenidən bərpa olunacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Exchange”lər yenidən bərpa olunacaq"

2015-ci ildə baş verən devalvasiyadan dərhal sonra ləğv olunan “Exchange”lər yenidən bərpa olunacaq. Bank sektorundan əldə edilənməlumata görə, bununla bağlı Mərkəzi Bank və hökumət təkliflər üzərində işləyir. Tezliklə Azərbaycanda Türkiyə “döviz bürosu təcrübəsi”nin tətbiq edilməsi gözlənilir.

 

Məsələ ilə bağlı  Azərbaycanda Risk Peşəkarları Assosasiyasının risk peşəkarları qrupunun rəhbəri Elman Sadiqov münasibət bildirib. Onun sözlərinə görə,  “exchange”lərin ləğvi devalvasiyadan sonra Azərbyacandan  külli miqdarda valyuta axınının baş verməsi ilə bağlı idi.

 

Hökumət valyuta axınını saxlamaq üçün əvvəlcə dollar satışında önə keçən  “exchange”ləri bağlamaq məcburiyyətində qaldı. Hazırda ölkədə bank şöbələrinə “exchange” fəaliyyəti göstərmək hüququ verilib. Lakin bu şöbələrin hamısı həftənin 7 günü 24 saat ərzində işləmədiyindən mübadilə əməliyyatları ilə bağlı problemlər yaranır. Xüsusilə də bundan Azərbaycana gələn turistlər əziyyət çəkir.

 

Ekspert əlavə edib ki, digər tərəfdən “exchange”lərin ləğv edilməsi qeyri-leqal “qara bazarı” formalaşdırdı və müəyyən dövrlərdə bu bazar monetar  siyasətin  formalaşmasına, həyata keçirilməsinə böyük maneələr törətdi.

 

“Exchange” nə zaman fəaliyyətinə başlamasına gəlincə, E.Sadiqov bunun mövcud vəziyyətə bağlı olduğunu deyib: “Dünyanın hər yerində “Exchange”lər fəaliyyət göstərir. Azərbaycanda da mütləq olacaqdır. Yeganə amil vaxt məsələsidir. “Exchange”lərin fəaliyyətlərinin bərpa edilməsi valyuta bazarında stabilliyin yaranması və manatın dollar qarşısında öz real dəyərini tapmasından asılıdır”.

 

© Fins.az

 

09.02.2017 07:47

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ