Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

SOCAR-ın ixracının artmasının səbəblərini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
 SOCAR-ın ixracının artmasının səbəblərini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Elşad Nəsirov: "AÇG yataqlar bloku üzrə payının yüksəlməsi SOCAR tərəfindən ixrac olunan xam neftin miqdarını artırıb"


 

Reklam_3_11

Bu ilin II rübündə Azərbaycanda neft və neft məhsullarının ixracının artmasının səbəbləri açıqlanıb.

 

Neft və neft məhsullarının ixracının müsbət dinamikası ilə bağlı SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib ki, AÇG yataqlar bloku üzrə SOCAR-ın payının 11,65%-dən 25%-ə yüksəlməsi SOCAR tərəfindən ixrac olunan xam neftin miqdarını artırıb.

 

"Həmçinin cari ilin 2-ci rübündə emal olunan xam neftin 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə daha çox olması ixrac edilən neft məhsullarının miqdarında artıma səbəb olub”, - deyə E.Nəsirov vuröulayıb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

 

 Bu ilin II rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)  ötən ilin müvafiq dövrünə nisbətən xam neftin ixracını 18% artıraraq 6,1 mln. tona yüksəldib.

 

Cari ilin iyun ayında xam neftin ixracı bir il əvvəlki dövrün müvafiq göstəricilərini 24% geridə qoyaraq 2,1 mln. tona qədər artıb. 

 

Bildirilib ki, neft məhsullarının ixracında 19% artım qeydə alınıb, yəni ötən ilin aprel-may-iyun aylarında 350 min tona yaxın neft məhsulu ixrac olunmuşdursa, bu il həmin göstərici 410 min tondan yüksək olub. Bu dövrdə dizel yanacağının ixracı təqribən 48%, mütləqləşdirilmiş izopropil spirti 69%, maye piroliz qətranı 27%, propilen 30%, butilen butadien fraksiyasının ixracı isə 37% artıb.

27.07.2018 08:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ