Cahangir Hacıyevə yeni cinayət işi açıldığı bildirilir
“Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevə qarşı yeni cinayət işi başlandığı bildirilir
Bankdakı mənbənin verdiyi məlumata görə, sabiq rəhbər C.Hacıyev bu dəfə də mənimsəmədə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xəbərə görə, C.Hacıyev bankın Moskva filialındakı yeyintilərlə bağlı dindirilir. Onun həmin filialda maxinasiya edərək dövlətin və bankın pulunu öz şəxsi mənafeləri üçün mənimsədiyi iddia olunur. Hazırda istintaq bankdakı sənədlər və pul köçürmələri əsasında araşdırmanı davam etdirir.
C.Hacıyevin vəkili Aqil Layıcov açıqlamasında belə bir məlumatdan xəbərsiz olduğunu bildirib: “İstintaq bundan əvvəlki işdə Cahangir Hacıyevin 2001-2015-ci illərdəki fəaliyyətini araşdırıb və bununla bağlı hökm də verilib. İndi cinayət işi açılıbsa belə, hansı dövrü araşdıracaqlar? Onun işdən çıxandan sonrakı dövrünü?”
Qeyd edək ki, C.Hacıyev 2015-ci ildə eyni maddə ilə ittiham edilərək həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti təmin edilməyib.
© Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
40 d. əvvəl
Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır
-
1 saat əvvəl
Bank təsərrüfat mallarının təchizatı ilə əlaqədar tender elan edir
-
1 saat əvvəl
İki ayda Azərbaycan banklarının xalis mənfəəti 210 milyon manata çatıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
4 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
4 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
4 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb