Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bu restoran və şadlıq evlərinə sanksiyalar tətbiq ediləcək - SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu restoran və şadlıq evlərinə sanksiyalar tətbiq ediləcək - SİYAHI

İctimai iaşə obyektləri, şadlıq evləri, restoranlar tərəfindən atmosferə atılan tüstü axınına görə ETSN-nin obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə bir müddət əvvəl verdiyi xəbərdarlığın müddəti başa çatdığından yaxın günlərdə xəbərdarlığa əməl etməyən və yenə də atmosferi çirkləndirən "Xəmsə", "Oskar", "Oazis", "Millenium", "Sonalar Sonası", "Xan qızı", "Dan ulduzu" və digər restoran, şadlıq sarayları barəsində qəti tədbirlərin görülməsinə və sanksiyaların tətbiqinə başlanılacaq.

 

Reklam_3_11

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bu gün keçirdikləri mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, ekoloji problemlərin həlli məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən intensiv tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır və görülən işlər artıq geniş ictimai dəstəklə qarşılanır:

 

"Belə ki, plastik tullantıların düzgün idarə edilməsi, çeşidlənməsi və tədricən plastik qablaşdırılmadan imtina olunması sahəsində digər tədbirlərlə bərabər, plastik tullantılar üçün konteynerlərin yerləşdirilməsi layihəsi də davam etdirilir. Yeri gəlmişkən, plastik tullantılar üçün nəzərdə tutulan belə konteyner bu gün Şabran şəhərində qoyuldu".

 

TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA

 

İ.İbrahimova əlavə edib ki, yaşıllıqların qorunmasına yönələn tədbirlər daim diqqətimizdədir və gündəmdədir:

 

"Sevindiricidir ki, artıq ağacların kəsilməsinə ictimaiyyət tərəfindən kəskin münasibət bildirilir, ağac kəsənlər ictimai qınaq obyektinə çevrilir. Daha bir aktual məsələ isə Xəzər dənizinin çirkləndirilməsi, onun qarşısının alınması və bununla bağlı nazirlik tərəfindən həyata keçirilən davamlı monitorinq və reydlərlə bağlıdır. Xəzəri çirkləndirənlərə qarşı DİN-lə birlikdə keçirilən reydlər davam etdirilir və bu məsələ də daimi olaraq nazirliyin diqqət mərkəzindədir".

 

© Trend

27.07.2018 10:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ