Gəlirlər əldə edən əcnəbilər sığorta sisteminə cəlb olunurlar
Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirlər əldə edən əcnəbilər də məcburi dövlət sosial sığorta sisteminə cəlb olunurlar.
Cari ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən fərdi uçot sistemində əlavə olaraq 1 587 əcnəbiyə fərdi şəxsi hesab açılıb. 2018-ci ilin 01 iyul tarixinə fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir. Onların sırasında Тürkiyə (20 174 nəfər), Gürcüstan (4 698 nəfər) və Rusiya (2 927 nəfər) vətəndaşları çoxluq təşkil edir.
Fondun fərdi uçot sistemində ümumilikdə 142 ölkənin vətəndaşları qeydiyyatdadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 d. əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 10 d. əvvəl
- 11 d. əvvəl
- 13 d. əvvəl
- 17 d. əvvəl
- 22 d. əvvəl
-
24 d. əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1-ci rübdə bank sektorunda 311,5 milyon manat xalis mənfəət formalaşıb
- 2 saat əvvəl