Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Trump-ın güclü Dollar etirazı həqiqidirmi?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trump-ın güclü Dollar etirazı həqiqidirmi?

 

ABŞ Prezidenti Donald Trump-ın iqtisadi siyasətlərində qeyri-müəyyənlik ortadan qalxmayıb. Bazarlar hələ strategiyasını formalaşdırmağa çalışır. Trump-ın hər açıqlaması qiymətlərə təsir edir. Keçən həftə Trump-ın Dolların həddindən artıq dəyərli olmasında bəzi ölkələri günahlandırması və Dodd Frank (*) qanununu yumuşaltmaq istəməsi yeni sual işarələri yaradıb. Bəzi dairələr Dolların dəyər itirməsi və ABŞ banklarının daha az tənzimləmələrə tabe olmasının inkişaf edən ölkələr baxımından müsbət olaraq qiymətləndirdi.

Reklam_3_11

 

Trump güclü dollardan həqiqətən narahatdır?

 

"Marja"nın məlumatına görə, himayəçiliyə (proteksionizm) baş qoymuş biri üçün pul vahidinin dəyərli olması mənfi hal deyil, tam tərsinə, istənilən bir vəziyyətdir. Çünki himayəçilik inflyasiyanı daha da sürətləndirir. Pulun dəyərli olması inflyasiya və faizdəki yüksəliş ehtimalını gecikdirir, bu da siyasi və iqtisadi hədəflərə çatmağı asanlaşdırır.

 

Proteksionizm (himayə) dövlətin iqtisadi siyasətinin milli istehsalın dəstəklənməsinə yönələn addımdır.

 

Trump, işinə yarayacağı halda niyə güclü dollara etiraz edir?

 

Çünki bunu ticarət müharibələrinə əsas olaraq istifadə edir. Xarici siyasətdə də bunun üzərindən bir şeylər əldə etməyə çalışır. Həmçinin Avropanın daha çox xarici risk götürməsini istəyir.

 

Vəziyyət belədirsə qiymətlər niyə bu şəkildə reallaşır?

 

Bazarlar qısa bir müddət üçün riskləri azaltmaq  və vəziyyətin fərqində olmayanları tələyə salmaq üçün prosesləri səhv şərh edə bilir.

 

Bu vəziyyətdə nə ola bilər?

 

Dolların dəyərdən düşməsi müvəqqəti ola bilər. ABŞ bankları da belə bir mühitdə xarici risk götürməzlər. Bu səbəbdən inkişaf edən ölkələrə axan pul məhdud qala bilər.

 

(*) Dodd-Frank Qanunu nədir?

 

Dodd-Frank qanunu 2010-cu ildə sərmayəçiləri riskli davranışlardan, maliyyə itkinlərdən və sui-istifadələrdən qorumaq məqsədiylə çıxarıdılıb. Qanunun hazırlanmasına maliyyə quruluşlarının 2008 böhranı əvvəli etdiyi riskli sərmayələr səbəb olub və başda banklar olmaqla  şirkətlər ciddi tənzimləmələrə tabe ediliblər. Trump, ötən həftə bu qanunun yenidən nəzərdən keçirilməsi və "yumuşaldılması" üçün  fərman imzalayıb. Çünki iqtisadi hədəflərinə çatması üçün bu qanunu bir mane olaraq görür.

09.02.2017 08:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ