Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. 

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 31-36, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara bölgəsinə üz tutanları günəşli hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36, dağlıq rayonlarda 28-32 dərəcə isti təşkil edəcək.

 

Aran rayonlarında hava şəraitinin günəşli olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 35-40 dərəcə isti təşkil edəcək.

 

Naxçıvan MR-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 36-41 dərəcə isti təşkil edəcək.

 

Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, yaxın 2 gün ərzində hava şəraiti günəşli keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək. Çimərliklərdə əlverişli şərait müşahidə olunacaq. "Günorta saatlarında 11:00-17:00-dək günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik", - ETSN-dən bildirilib.

27.07.2018 14:53

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ