Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Bank VTB Azərbaycan”ın xərcləri gəlirlərini üstələyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank VTB Azərbaycan”ın xərcləri gəlirlərini üstələyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, “Bank VTB Azərbaycan” ASC  2018-ci ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabatda diqqəti cəlb edən, Bankın xərclərinin gəlirlərini 16 milyon 82 min manat üstələməsidir. Belə ki, bankın 3 milyon 727 min manat gəlirinə qarşı, ehtiyatlara ayırmalar xaric xərcləri 19 milyon 810 min manat təşkil edib. 

 

Reklam_3_11

"Marja"nın məlumatına görə, gəlirləri xərcləri bağlayacaq səviyyənin üzərinə qaldırmaq Bankın mövcud rəhbərliyindən, obrazlı desək qəhrəmanlıq tələb edir. Bu gün, Azərbaycanda bir çox banklar faiz gəlirlərini artırmaqda çətinlik çəkirlər. Rəqabət güclənmiş, iri banklar öz imkanlarından istifadə edərək müştəirləri özlərinə cəlb edirlər. Eyni zamanda, kreditlərə təlabət əvvəlki illərdə olduğu kimi yüksək deyil, borcalanlara qarşı tələblər nisbətən sərtləşdirilib.

 

1 GÜNƏ KREDİT ALIN!

 

“Bank VTB Azərbaycan”  problemli kreditlərə görə kapitalının böyük hissəsini itirib. Səhmdarı “Bank VTB Rusiya”nın  bu ilin əvvəlindəki 265 milyon manatlıq kapital dəstəyi də itkilərin qarşılanması məqsədlə sərf edilib.

 

Belə ki, bu ilin əvvəlində “Bank VTB Azərbaycan”ın nizamnamə kapitalı 265 milyon manat artırılaraq 315 milyon 815 min manata qaldırılmışdı. Bu gün, 315 milyon 815 min manatlıq nizamnamə kapitalından 261 milyon 458 min manat yığılmış zərərə görə, faktiki olaraq 55 milyon manat qalıb. Bankın müştərilərə verdiyi kredilər batdığından kapital ehtiyatlara ayırılıb. “Bank VTB Azərbaycan”ın kredit portfeli  61 milyon 558 min manata, aktivləri 125 milyon 206 min manata düşüb. Hazırda  “Bank VTB Azərbaycan” ən kiçik banklardan biridir.

 

Bank, 2017-ci ilin sonunda 397 milyon manat cəmi aktivlərə, o cümlədən 281 milyon manat kredit portfelinə malik idi.

 

“Bank VTB Azərbaycan”ın  99,9999% sahibi olan “Bank VTB Rusiya”  yenidən Azərbaycandakı törəməsinə maliyyə yardımı etmək məcburiyyətində qala bilər. Rusiya Bankı 315 milyon manatlıq investisiyanı geri götürmək və gəlir əldə etmək üçün  “Bank VTB Azərbaycan” ayağa qaldırılmalıdır. Bankın bazardan necə pay alacağı və mənfəətə çıxacağı maraq doğurur.

 

Digər bir yol, Bankın satılması ola bilər.

 

Xəbər verdiyimiz kimi, “VTB Bank Azərbaycan” 2018-ci ilin birinci yarısını 250 milyon 371 min manat xalis zərər ilə başa vurub. Ətraflı: “VTB Bank Azərbaycan”ın maliyyə vəziyyəti məlum oldu.

28.07.2018 06:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ