Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıdakı geyim mağazalarının sahibi gəlir və qazancını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıdakı geyim mağazalarının sahibi gəlir və qazancını açıqladı

Bakıda butikləri və mağazaları idarə edən “Ayma Alyans” QSC (Əvvəlki Sinteks Group of Companies) 2017-ci ili 1 milyon 329 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 6 dəfə çoxdur. QSC 2016-cı ili 210 min manat xalis mənfəətlə bağlamışdı.

 

“Marja” QSC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, “Ayma Alyans” QSC-nin 2017-ci ildə satışdan gəlirləri 2016-cı illə müqayisədə 3 dəfəyə yaxın artaraq 69 milyon 654 min manat təşkil edib. 2016-cı ildə Şirkətin satışdan gəlirləri 24 milyon 172 min manat təşkil etmişdi.

 

Ötən il QSC-nin aktivləri kəskin azalıb. 2016-cı ilin sonunda 110 milyon 364 min manat olmuş cəmi aktivlər 2017-ci ilin sonunda 38 milyon 438 min manata düşüb.

 

Qeyd edək ki, 2016-cı ildə “Sinteks Group of Companies” və onun şirkətləri birləşdirilərək “Ayma Alyans” QSC-yə verilib.

 

1 GÜNƏ KREDİT ALIN!

 

“Ayma Alyans” geyim və zinət əşyaları satışı üzrə ən iri şirkətlərdən biri olmaqla dünya şöhrətli brendləri (Gucci, Dolce&Gabbana, Burberry, PRADA, Giorgio Armani, Valentino, Fendi, Dalloyau, Gloria Jean’s Coffee)  Azrəbaycanda təmsil edir. “Mango”, “New Yorker”, “Next” mağazaları “Ayma Alyans” şirkətinə məxsusdur.

 

“Ayma Alyans” QSC-nin sahibləri Əliyev Vüqar Feyruz oğlu (75%) və Cərullayev Ülvi Şahmərdan oğludur (25%).

28.07.2018 07:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ