Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sahələrdən toplanmış buğda və arpanın həcmi açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahələrdən toplanmış buğda və arpanın həcmi açıqlandı

Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini davam edir. 

 

Reklam_3_11

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2018-ci il iyul ayının 23-nə olan məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 1 milyon 49,3 min hektar sahənin 974,3 min hektarı və ya 92,9 faizi biçilərək məhsulu yığılmışdır. Toplanmış məhsul 2 milyon 833,4 min ton təşkil etmiş və məhsuldarlıq 29,1 sentnerə bərabər olmuşdur. Yığılmış məhsulun 1 milyon 895,3 min tonu və ya 66,9 faizi buğda, 913,3 min tonu (32,2 faizi) arpa, 24,8 min tonu (0,9 faizi) digər dənli və dənli paxlalı bitkiləridir.

 

Respublikanın 11 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 32 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilmiş, digər rayonlarda isə 90,0 faizdən aşağı olmuşdur.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Ölkənin 29 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarı olmuşdur. Ən yüksək məhsuldarlıq Bərdə (40,5 sentner), Saatlı (40,3), Sabirabad (39,4), Tərtər (38,2), Ağdam (37,1), Ağcabədi (35,9), İmişli (35,8) və Beyləqan (34,4) rayonlarında olmuşdur.   

 

Şəki şəhərində (216,7 min ton), Cəlilabad (156,5 min ton), Kürdəmir (136,4 min ton), Neftçala (121,9 min ton), Füzuli (108,2 min ton), Ağcabədi (107,0 min ton) və Ağsu (98,7 min ton) rayonlarında daha çox taxıl istehsal edilmişdir.

28.07.2018 09:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ