Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

“SOCAR Polymer” və polimer alan müəssisələr anlaşdılar

iç səhifə xəbər başlığı altı (mobil)_31
“SOCAR Polymer” və polimer alan müəssisələr anlaşdılar

İyulun 28-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Xammaldan son məhsula qədər dəyər zəncirinin təşkili”mövzusunda tədbir keçirilib. 


Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, sahibkarlar iştirak edib.

 

“SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov məlumat verib ki, hazırda ölkəmiz aşağı sıxlıqlı polietileni ixrac, yüksək sıxlıqlı polietileni isə idxal edir. “SOCAR Polymer” layihəsinin əsas məqsədi bu sahədə idxalın aradan qaldırılmasıdır. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Türkiyə və Avropa bazarlarına çıxarılması planlaşdırılır. Artıq illik istehsal gücü 180 min ton olan polipropilen istehsal xətti istismara verilib və bu ilin sonuna kimi isə illik istehsal gücü 120 min ton olan yüksək sıxlıqlı polietilen istehsal xəttinin istismara verilməsi nəzərdə tutulur. Xammal olaraq “Azərkimya” İstehsalat Birliyinin istehsal etdiyi propilen və etilendən istifadə olunacaq.

 

Sahibkarlarla “SOCAR Polymer”in məhsullarından istifadə imkanlarına dair müzakirələr aparılıb, sahibkarların çıxışları dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

Sonra “Sumqayıt Kimya Sənaye Pakı” MMC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “SOCAR Polymer” MMC ilə polimer istehlakçısı olan müəssisələr arasında anlaşma memorandumları imzalanıb.

 

Ümumilikdə, indiyədək 18 müəssisə ilə polimer məhsullarının istehsalı üzrə əməkdaşlığa dair razılaşmalar imzalanıb.

28.07.2018 10:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ