Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Twitter-in bazar dəyəri təxminən 7 milyard dollar azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Twitter-in bazar dəyəri təxminən 7 milyard dollar azalıb

 
ABŞ-ın sosial media şirkəti Twitter-in səhmləri 20%-dən çox ucuzlaşıb, şirkətin bazar dəyəri təxminən 7 milyard dollar azalıb.
 

"Marja" xəbər verir ki, Nyu-York birjasında cümə axşamı gününü 42,95 dollardan bağlanmış səhmin qiyməti, cümə günü 20,5 faiz ucuzlaşama ilə 34,12 dollardan həftəni başa vurub.

Reklam_3_11

 
Beləliklə, Twitter-in bazar dəyəri 33,29 milyard dollardan 26,45 milyard dollara geriləyərək, 6 milyard 840 milyon dollarlıq azalma göstərib.
 

Twitter-in səhmlərindəki kəskin ucuzlaşma, şirkətin cümə günü açıqlanan balansında aylıq istifadəçi sayının azaldığının qeyd edilməsinin ardından baş verib. 
 

İSTİFADƏÇİLƏRİNİN SAYI 1 MİLYON AZALIB

 

Twitter-in cümə günü açıqlanan balansına görə, ötən ilin ikinci rübündə 116,5 milyon dollar zərər edən şirkət, bu ilin eyni dövründə 100 milyon dollar xalis mənfəət əldə edib.  
 

Bundan başqa, şirkətin gəliri bu ilin aprel-iyun dövründə, ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artımla 711 milyon dollara yüksəlib. Twitter, ötən ilin ikinci rübündə 574 milyon dollar gəlir əldə etmişdi.
 

Ancaq balans göstəriciləri, Twitter-in bu ilin ilk rübündə dünya üzrə 336 milyon olan aylıq orta hesabla istifadəçi sayının, ilin ikinci rübündə 1 milyon azalma ilə 335 milyona gerilədiyini göstərib.
 

Bu azalma ABŞ-da baş verib. Ölkədəki aylıq orta hesabla istifadəçi sayı həmin dövrdə 69 milyondan 68 milyona geriləyib.

30.07.2018 06:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ