Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Fermerlərdən 271 tondan çox pomidor alınacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fermerlərdən 271 tondan çox pomidor alınacaq

Masallı rayonunda sahələrdən pomidor yığımı davam edir.

 

Reklam_3_11

Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyəti məhsul yığımı mövsümü ilə bağlı istehsalçılara dəstək vermək üçün bir sıra tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri Masallı rayonunun Gəyəçöl kəndində Bəybala Əsədova məxsus pomidor sahəsində həyata keçirilib.

 

Cəmiyyətin nümayəndələri sahələrdə yetişdirilən pomidor məhsulunun tədarükünə başlayıblar. Pomidor məhsulunun yetişmə dövrü keçdiyindən Cəmiyyətin nümayəndələri fermerlərdən tədarük etdikləri məhsulu bazarlara deyil, bir başa istehsal-emal müəssisələrinə təhvil verirlər.

 

Növbəti günlərdə digər kəndlərdə də məhsul tədarükü həyata keçiriləcək.

 

Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli bildirib ki, daxili bazar üçün kartof, soğan, badımcan, kələm və digər məhsullar istehsalçılardan elə tarlada tədarük edilərək Sumqayıt və Xırdalan şəhərlərində, həmçinin Əhmədli və Masazır qəsəbələrində, “Yaşıl bazar”da satışı həyata keçirilib.

 

Xaçmaz, Biləsuvar, Masallı və digər rayonlarda pomidor əkini ilə məşğul olan istehsalçılara dəstək vermək məqsədilə altı ay ərzində 91 ton məhsul tarladan alınaraq satışa yönəldilib. İl ərzində 271 tondan çox pomidorun alınması planlaşdırılır.

 

Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyəti pomidor istehsalçılarına məsləhət görür ki, “1659” qaynar xəttinə müraciət edərək məhsullarının həcmi, təsərrüfatın dislokasiyası haqda məlumatlar versinlər. Səhmdar Cəmiyyət yaxın günlərdə pomidor istehsalçılarından lazımi miqdarda məhsul tədarük edəcək.

 

© Azərtac

30.07.2018 06:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ