Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Maliyyə bazarlarına təsir edə biləcək xəbərlər gözlənilir - SON VƏZİYYƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə bazarlarına təsir edə biləcək xəbərlər gözlənilir - SON VƏZİYYƏT

Maliyyə bazarlarında güclü hərəkətliliyə təsir edə biləcək, Avrozonadan inflyasiya, ABŞ-dan faiz qərarı və əmək bazarı və başqa vacib xəbərlər gözlənilir.


 

Reklam_3_11

EUR

 

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi son bir ay ərzində 1.18-1.16$ aralığında dalğalanıb. Sonuncu dəfə Avropa Mərkəzi Bankının açıqlamaları və ABŞ-dan 2-ci rüb üzrə yayımlanan müsbət iqtisadi inkişaf göstəricilərindən sonra avronun qiyməti 1.16$-a kimi ucuzlaşmışdır. Təhlillərə əsasən, avro/dollar məzənnəsi 1.1616$-ı da aşağı istiqamətdə qırarsa, 1.1534$-a kimi də ucuzlaşa bilər.

 

Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00 və cümə günü saat 16:30-da müvafiq olaraq dərc ediləcək, Avrozonanın inflyasiya və ABŞ-ın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Çərşənbə günü saat 22:00-da açıqlanacaq Amerika Mərkəzi Bankının faiz qərarında dəyişiklik gözlənilməsə də diqqət mərkəzində saxlanılmalıdır.

 

GBP

 

GBP/USD məzənnəsi də təzyiq altındadır. İngiltərə iqtisadiyyatının inkişaf səviyyəsinin zəifləməsi və Breksit fonunda risklərin mövcudluğu, ölkə valyutasına mənfi təsir edir. Hal-hazırda 1.31$-a ticarət edilən funtun qiyməti 1.3054$-ı da aşağı istiqamətdə qırarsa, 1.2957$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

 

Eyni zamanda, cümə axşamı saat 15:00-da yayımlanacaq İngiltərə Mərkəzi Bankının faiz qərarı da diqqət mərkəzində saxlanılmalıdır.

 

TRY

 

Türkiyə maliyyə bazarlarında da Dollar/Lirə məzənnəsi keçən həftə ərzində bahalaşmışdır. Hal-hazırda 4.86TL-yə ticarət edilən USD/TRY məzənnəsi, 4.88TL-ni də yuxarı istiqamətdə qırarsa, 4.94TL-yə kimi bahalaşa bilər.

 

Bu həftə lirənin məzənnəsinə də güclü təsir edə biləcək önəmli fundamental məlumatların açıqlanması gözlənilir. Belə ki, sonuncu dəfə Türkiyədə son 14 ilin maksimum səviyyəsinə yüksələn inflyasiya ilə bağlı cümə günü saat 11:00-da vacib statistik məlumatlar açıqlanacaqdır.

 

OIL

 

Avropanın Brent markalı neftinin bir barel qiyməti 75$-a kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşıb. Beləliklə, qiymət bu səviyyənin üzərində möhkəmlənə bilməsə, yenindən 73 və 71$-a kimi ucuzlaşa bilər.

 

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

 

Əlvan metallar bazarlarında da qızılın qiyməti 1219$-a (39.2 $/qram) kimi ucuzlaşıb və 1217$-ı (39.1 $/qram) aşağı istiqamətdə qırarsa, 1205$-a (38.7 $/qram) kimi də dəyər itirə biləcəyi proqnozlaşdırılır.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

30.07.2018 07:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ