Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yaxın gələcəyin avtomobili yeni rekorda imza atdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yaxın gələcəyin avtomobili yeni rekorda imza atdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hyundai, hibrid avtomobillə dünya sürət rekordu qıraraq yenə də bütün diqqətləri üzərinə çəkməyi bacarıb.

 

Reklam_3_11

Hyundai IONIQ Hybrid, duzla örtülmüş Bonneville-də maksimum 254 km/s sürətə çatarkən eyni zamanda modelin gələcəkdəki gücünü də nümayiş etdirib.

 

Hyundai-ın, ötən aylarda bazara təqdim etdiyi elektrik, “hybrid” və “plug-in hybrid” olan 3 mühərrikli IONIQ-in xüsusi bir prototipi Amerikada çox xüsusi bir sınaq həyata keçirib. Hibrid kateqoriyasında bir mühərriklə 254 km/s sürətə çataraq rekord qıran Hyundai, beləliklə, dizaynı qədər motor texnologiyasında da əhəmiyyətli nəticələri ortaya qoyub.

 

Amerikanın Şimal-qərb vilayətlərindən biri olan Utah Bonneville-dəki testlər tamamilə duzla örtülmüş bir zəmində həyata keçirilib. Test üçün xüsusi olaraq inkişaf etdirilən IONIQ, komanda ruhuna sahib, sürətli olsun deyə standart modelə görə daha 100 mm aşağı quruluşda və xüsusi təkərlərdə olmuşdur. Təhlükəsizliyi qorumaq üçün avtomobilin daxilinə isə sırf test üçün opsiyalarlar quraşdırılmışdır .

 

Bu sürət ilə rəqiblərini geridə qoyan Hyundai IONIQ həm interyer, həm eksteryer həm də texnologiya baxımından gələcəyin avtomobili olmaqda mühim addımlar atmaqdadır.

09.02.2017 09:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ