Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"SOCAR Polymer”ə yeni səhmdarın daxil olması gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"SOCAR Polymer”ə yeni səhmdarın daxil olması gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“SOCAR Polymer” MMC-yə yaxın vaxtlarda yeni özəl səhmdarın daxil olması nəzərdə tutulub.

 

Reklam_3_11

Bunu “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov bildirib.

 

Lakin o, potensial səhmdarın adını açıqlamayıb.

 

Baş direktor onu da qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “SOCAR Polymer” şirkətində payı 50%-dən aşağı düşməyəcək, yəni əsas nəzarət payı SOCAR-da qalacaq.

 

“SOCAR Polymer”in baş direktoru bildirib ki, hazırda şirkətdə SOCAR-dan başqa, “Vitol Black Sea V.L.L” 19%, “Paşa Holding” 10%, “Gilan Holding” (“Ecoland”) 10%, “Azərsun Holding” 5% civarında paya malikdir.

 

Qeyd edək ki, “SOCAR Polymer” MMC Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ilin iyul ayında yaradılıb. Şirkət həmin il sentyabrın 23-də Sumqayıt Kimya Sənaye Parkın parkının rezidenti qismində qeydə alınıb. “SOCAR Polymer” şirkəti dövlətlə özəl sektorun Azərbaycanda birgə yaratdıqları ilk tərəfdaşlıqdır. “Vitol Black Sea V.L.L” MMC “SOCAR Polymer” MMC-yə 2017-ci ildə daxil olub. Şirkət SOCAR-dan 19% pay alıb.

 

"SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksək Sıxlıqlı Polietilen Zavodu da daxildir.

 

İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Polipropilen zavodunun açılışı olub.Yüksək Sıxlıqlı Polietilen zavodunun isə bu ilin IV rübündə istismara verilməsi gözlənilir.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© Report

30.07.2018 08:27

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ