Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Peyklərimizdən əldə edilən gəlir açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Peyklərimizdən əldə edilən gəlir açıqlandı

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin iyul sayı təqdim olunub.  

Reklam_3_11

 

“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb.

 

Göstərilib ki, 2018-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 19 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

 

Cari ilin ilk 6 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 12,7 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.  “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib.

 

2018-ci ilin iyun ayında isə “Azərkosmos” ASC-nin xidmət ixracının dəyəri 1,6 milyon ABŞ dolları olub.  “Azərkosmos” ASC-nin 2018-ci ilin ilk 6 ayı ərzində xidmət ixracının həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.

30.07.2018 10:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ