Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Hollandiyalı Kənd Təsərrüfatı Nazirliyində məsləhətçi təyin edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hollandiyalı Kənd Təsərrüfatı Nazirliyində məsləhətçi təyin edilib

Hollandiyalı mütəxəssis Aqrar Tədqiqatlar Mərkəzinin strateji fəaliyyət istiqamətlərinin müəyyənləşməsində iştirak edəcək


 

Dünyada kənd təsərrüfatı sahəsində araşdırma və tədqiqatlarına görə böyük nüfuza və təcrübəyə malik olan, Azərbaycanda kənd təsərrüfatının strateji inkişafı üzrə ilkin layihə həyata keçirmiş Wageningen İqtisadi Tədqiqatlar Universitetinin (Niderland) əməkdaşı George Beers Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinə beynəlxalq məsləhətçi təyin olunub.

 

Bu gün adı çəkilən şəxs Mərkəzin kollektivinə təqdim edilib.

 

George Beersin məsləhətçi təyin olunmasında məqsəd Mərkəzin təşkilati strukturunun, strateji fəaliyyət istiqamətlərinin, prinsiplərinin və əhatə dairəsinin, habelə tətbiq ediləcək texnoloji innovasiyaların müasir tələblərə və inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrinə uyğun müəyyənləşdirilməsini, məlumatların toplanması və təhlili üçün metodologiyanın hazırlanmasını sürətləndirməkdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci ilin 22 may tarixli Fərmanına əsasən, Aqrar Tədqiqatlar Mərkəzi aqrar sahədə təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, aqrar-sənaye kompleksi üzrə müxtəlif xidmətlərin, o cümlədən dövlət sifarişlərinin yerinə yetirilməsi, kənd təsərrüfatının inkişafı ilə bağlı məlumat bazasının yaradılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılmasının və innovativ inkişafının təmin edilməsi üzrə fəaliyyətləri həyata keçirəcək. Bu işlərə dəstək verilməsi məqsədilə Mərkəzə beynəlxalq məsləhətçinin dəvət olunması məqsədəuyğun hesab edilmiş və Kənd Təsərrüfatı Nazirliyi nümayəndə heyətinin Niderland Krallığına son səfəri zamanı müvafiq araşdırma aparılıb. Nazirin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova, eksperimental pilot layihələr üzrə məsləhətçisi  Martis van Splanter, Aqrar Elm və İnformasiya Mərkəzinin baş direktoru Vüqar Babayev, Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov Niderland Krallığına səfər çərçivəsində Wageningen Universitetində müxtəlif görüşlər keçirib, bu istiqamət üzrə qabaqcıl metodlar ilə tanış olublar. Aparılan danışıqlar nəticəsində George Beersin Aqrar Tədqiqatlar Mərkəzinə beynəlxalq məsləhətçi qismində dəvət olunması uyğun görülüb.

 

Qeyd edək ki, George Beers Niderland Kənd Təsərrüfatı Nazirliyində “Yaşıl Elm Korporasiyası”nın təşəbbüskarı və rəhbəri olub. Türkiyə, Səudiyyə Ərəbistanı və Misirdə həyata keçirilən kənd təsərrüfatı layihələrinə rəhbərlik edib, Avropa Birliyinin kənd təsərrüfatı siyasətini müəyyənləşdirən proqramların hazırlanmasında aktiv iştirak edib. Wageningen Universitetinin bitki mühafizə mühəndisliyi fakültəsini bitirib, Rotterdam  Menecment Məktəbində idarəetmə ixtisası üzrə PhD dərəcəsi alıb.

30.07.2018 14:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ