Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qiymətli kağızlar bazarının icmal göstəriciləri açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qiymətli kağızlar bazarının icmal göstəriciləri açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin I yarımilliyi ərzində qiymətli kağızlar bazarında ümumilikdə 12 milyard 451 milyon  manat həcmində əməliyyat həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4 dəfə çoxdur.

 

Maliyyə Bazarlarına Nəzarət palatasının yaydığı məlumata görə, əməliyyatların 52.2%-i (6 milyard 499 milyon manat) ilkin bazarda, 47.8%-i (5 milyard 952 milyon manat) isə təkrar bazarda aparılıb.              

 

2018-ci ilin I yarımilliyi ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlarla 40 dəfə daha çox repo əməliyyatları edilib. Hesabat dövrü ərzində həyata keçirilmiş repo əməliyyatlarının həcmi 466 milyon manat (94%-i və ya 439 milyon manat dövlət qiymətli kağızları ilə) olub.

 

Hesabat dövründə ümumilikdə 8 milyard 210 milyon manat həcmində (95 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.  

 

2018-ci ilin I yarımilliyi üzrə qiymətli kağızlar bazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapıb.

30.07.2018 15:12

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ