Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Avronun 1.1616 dollara kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avronun 1.1616 dollara  kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son bir ayda EUR/USD və GBP/USD məzənnələri həm siyasi, həm də iqtisadi qeyri-müəyyənliklər fonunda dar dəhliz daxilində dalğalanmaqdadır.


 

Dünya valyuta birjalarında EUR/USD və GBP/USD məzənnələri bazar ertəsi 0.7%-ə kimi bahalaşıb. Lakin Avropada isti havaların yaratdığı müəyyən iqtisadi çətinliklər və Breksit fonunda danışıqların sərt keçməsi, avro və funta olan təzyiqlərin aktuallığına işarədir.

 

Almaniyada isti havaların davam etməsi və çayların su səviyyələrinin azalması bəzi enerji stansiyalarının iş güclərini azaltmalarına məcbur edib. Xüsusilə də nüvə enerji stansiyaları 10%-ə kimi iş güclərini azaldıblar. 38-41 dərəcəyə kimi yüksələn isti havalar kənd təsərrüfatına da zərər verməklə bərabər, quru havanın meşələrin yanmasına və sərnişin daşımasında kondisionerlərin yüklənməsinə təsir edir. 

 

İngiltərədə isə Avropa Birliyinə (AB) qarşı Breksit danışıqları fonunda yenidən sərt mövqe sərgiləməyə başlayıblar. İngiltərə AB tərəfdaşlarını Breksitdən sonra ingilis maliyyə təşkilatlarına qarşı tələbləri sərtləşməmələri üçün təhdid ediblər. Bu baş verərsə, İngiltərədə fəaliyyət göstərən 7000-ə yaxın investisiya fondlarının müştərilərinə qarşı da tələblərin də arta biləcəyi xəbərdarlığı edilir. Burada əsas müzakirə mövzusu İngilətərə AB-dən ayrıldıqdan (Breksit) sonra ingilis maliyyə təşkilatlarına qarşı AB bazarı daxilində hansı qaydaların tətbiq edilməsidir. 

 

Qiymətlərin texniki mənzərəsi də yuxarıdakı fikirləri təsdiq edir. Belə ki, avronun bahalaşmasına baxmayaraq, 1.1750$-ın altında qaldıqca, yenidən 1.1616$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Funtun qiyməti də 1.3162$-ın altında qaldıqca, yenidən 1.3020$-a kimi ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır.

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da yayımlanacaq Avropanın birinci rüb üzrə iqtisadi inkişaf,  inflyasiya və işsizlik ilə bağlı önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb

31.07.2018 07:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ