Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan və İran birgə komissiya yaradacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və İran birgə komissiya yaradacaq

           

İran İslam Respublikasının Tehran şəhərində keçirilən 24-cü Beynəlxalq Elektronika, Kompüter və Elektron Ticarət (ELECOMP) sərgisində ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Reklam_3_11

 

Sərgidə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları şirkətləri iştirak edib. Bir sıra yerli  İKT şirkətləri ölkəmizə məxsus Milli Pavilyonda öz məhsul və həllərini nümayiş etdirib.

 

İrana səfəri çərçivəsində nazir Ramin Quluzadə İran İslam Respublikasının Prezident Aparatının rəhbəri Mahmud Vaezi, yollar və şəhərsalma naziri Abbas Əhməd Axundi və informasiya-kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ilə görüşlər keçirib.

 

Prezident Aparatının rəhbəri Mahmud Vaezi ilə görüşdə sərhədyanı ərazilərdə mobil şəbəkələrin, radio  və televiziyaların  birgə radiomonitorinqi,  qanunsuz trafikin ötürülməsinin qarşısının alınması sahəsində əməkdaşlıq, yayım kanallarının koordinasiyası, interferensiya hallarının qarşısının alınması məqsədilə tezlik resurslarının koordinasiyası məsələləri müzakirə olunub. Qərara gəlinib ki, bu sahədə əməkdaşlıq üçün birgə komissiya yaradılsın.

 

İran İslam Respublikasının yollar və şəhərsalma naziri ilə keçirilən görüşdə beynəlxalq daşımalarda İran ilə sərhəd-keçid məntəqələrində mövcud çətinliklərin aradan qaldırılması, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi istiqamətində beynəlxalq daşımaların artırılması kimi  məsələlər müzakirə olunub.

 

İran İslam Respublikasının informasiya-kommunikasiya texnologiyaları naziri ilə görüşdə telekommunikasiya, poçt, startap layihələrinin və startap ekosisteminin inkişaf etdirilməsi sahəsində təcrübə mübadiləsi  və s. məsələlər müzakirə mövzusu olub.

 

Müzakirələr çərçivəsində İran şirkətləri “BakuTel-2018” beynəlxalq sərgi-konfransına dəvət olunub. 

31.07.2018 10:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ