Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Maştağadakı kinoteatr satıldı - İnvestor 125 min manat ödəyərək aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maştağadakı kinoteatr satıldı - İnvestor 125 min manat ödəyərək aldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 31 iyul tarixində şəffaflığın təminatı, innovativ imkanların tətbiqi ilə növbəti hərrac keçirilib.  

 

Reklam_3_11

İyulun son hərracında investorlar tərəfindən özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxt və Xaçmaz rayonu ərazisində yerləşir.

 

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Məmmədyarov kinoteatrının ümumi faydalı sahəsi 1439 kv.m-dir. İnvestor 125 min manat ödəyərək bu əmlakı torpaq sahəsi ilə birlikdə özəlləşdirib. Hərrac qalibinin bu əmlakın fəaliyyətini bərpa etməsi ictimai-mədəni sahələrdə əhaliyə xidmət göstərməyə imkan yaradacaq.

 

Xaçmaz rayonu, Xudat şəhərində yerləşən Çayxana “Xudat” adlı obyektin ümumi faydalı sahəsi 57.3 kv.m-dir. Rayon mərkəzində yerləşən və uyğun ilkin qiymət təyin olunan bu məkan sərmayəçi üçün potensial gəlir mənbəyinə çevriləcək.

 

Hərracda özəlləşdirilmiş qeyri-yaşayış sahələri paytaxtın müxtəlif rayonlarındadır. İştirakçı ümumi faydalı sahəsi 295 kv.m olan Xətai rayonu, Q.Məmmədov küçəsində yerləşən dövlət obyekti üçün 75 min manat ödəyib. Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində, ümumi faydalı sahəsi 58 kv.m olan dövlət əmlakı yeni biznes imkanları yaradacaq. Sahibkar investisiya qoymaqla obyekti fərqli fəaliyyət sahələri üzrə gəlir mənbəyinə çevirə bilər.

 

Avtomobil almaq arzusunda olanlar hərracda buraxılış illəri 2007 olan Fiat markalı nəqliyyat vasitələrinə 3 min 500 manat ödəməklə sahib oldular.

 

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac avqustun 7-də keçiriləcək. Hərraca ümumilikdə 44 dövlət əmlakı çıxarılıb. Budəfəki hərracda investorlar 17 səhmdar cəmiyyəti, 12 kiçik dövlət müəssisə və obyekti, 15 qeyri-yaşayış sahəsi arasında seçim edə biləcək. Hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə etmək və iştirak etmək istəyənlər Özəlləşdirmə portalına( privatization.az)  daxil ola bilər.

31.07.2018 10:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ