Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Azərbaycan və İran müştərək neft şirkəti yaradır -"Hazırlıq işləri görürük"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və İran müştərək neft şirkəti yaradır -"Hazırlıq işləri görürük"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


"İran və Azərbaycan arasında əməkdaşlıq səviyyəsi çox inkişaf etdirilib və müştərək layihələr uğurla icra olunur. Bu gün iki ölkə arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün geniş potensial mövcuddur". 

 

Bunu açıqlamasında  İran-Azərbaycan müştərək ticarət palatasının sədri Behruz Pursuleyman deyib.

 

B.Pursuleyman bildirib ki, iki ölkənin dəmir yolu xəttinin Astarada birləşdirilməsi önəmli bir hadisədir: "Bu dəmir yolu  İranın digər ölkələrlə ticarəti üçün şərait yaradır. İki ölkənin sərhəd-buraxılış məntəqələrinin 24 saat fəaliyyət göstərməsi də yaxşı haldır. Prezidentlərin razılığı ilə iki ölkə neft sahəsində də əməkdaşlığı inkişaf etdirir”.

 

B.Pursuleymanın sözlərinə görə, Azərbaycan və İran müştərək neft şirkəti təsis etmək niyyətindədir və bununla bağlı hazırlıq işləri görülür: "Yaxın 2-3 ay ərzində bu baş tutacaq".

 

O deyib ki,  hazırda İran məhsullarının Azərbaycana ixracını artırılması üçün əlverişli şərait yaranıb: "İrandan Azərbaycana əsasən tikinti materialları,  ərzaq məhsulları,  plastik məhsullar və digər məhsullar ixrac olunur.  Ümid edirik ki, daha çox məhsulun Azərbaycana ixrac ediləcəyini müşahidə edəcəyik”.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

© APA

31.07.2018 10:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ