Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Müştəri sarıdan korluq çəkmirik”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Müştəri sarıdan korluq çəkmirik”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu mövsüm Xaçmazın şaftalı bağlarında məhsuldarlıq yüksəkdir.

 

Reklam_3_11

Təsərrüfatçılar iyul ayının ilk günlərindən şaftalı bağlarından məhsul yığımına başlayıblar. Əvvəlcə bağlardan şaftalının “Zalatoy”, “Fədai” və “Nektarin” kimi tezyetişən sortları yığılıb.

 

Hazırda isə şaftalı bağlarında məhsul yığımının ən qızğın çağıdır. Meyvənin indiki qiyməti də təsərrüfatçıları qane edir. Onlar şaftalının bir kiloqramını 50-80 qəpiyə satırlar.

 

Xaçmaz rayonunda şaftalı bağları ən çox Nərəcan kəndi ərazisindədir. Burada 850 hektara yaxın meyvə bağında şaftalının 50-dən çox növü becərilir.

 

Həmin kənddən olan təsərrüfatçı Bəylər Vəliyev bildirir ki, hava şəraitinin mülayim keçməsi və zərərvericilərə qarşı görülən tədbirlər məhsuldarlığa müsbət təsir göstərib. “Nərəcanda yetişdirilən şaftalı nəinki Xaçmazda, eləcə də bütün Azərbaycanda tanınır. Demək olar, bütün sort şaftalı ağacları bu il bol məhsul gətirib. Yerli və paytaxt bazarlarında da satılan şaftalının böyük hissəsini qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndəririk. Rusiya bazarlarına aparılan meyvə bir müddət rayon ərazisindəki soyuducu anbarlarda saxlanıldıqdan sonra iritutumlu yük avtomobillərinə yüklənərək qonşu ölkəyə yola salınır. Müştəri sarıdan korluq çəkmirik”, - deyə təsərrüfatçı əlavə edib.

 

Nərəcandan olan digər bağ sahibi Ramiz İskəndərov da kəndlərindəki bağ sahiblərinin 90 faizinin şaftalı yetişdirdiyini deyir. “Mövsümün ən qızğın çağıdır. Hər gün məhsul toplayırıq. Məhsul da boldur, müştəri də var. Qiymət ötən illə müqayisədə bir az ucuzdur. Fikrimcə buna səbəb Rusiyaya məhsulun az göndərilməsidir”, - deyə bağban bildirib.

 

Xaçmazda şaftalı yığımı oktyabr ayınadək davam edəcək.

 

Ümumilikdə, Xaçmaz rayonunda 3 min hektara yaxın şaftalı bağı var ki, bunun da böyük hissəsi barverəndir. Hər il rayon bağlarından 20 min tona yaxın şaftalı toplanır.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

© Azərtac

31.07.2018 11:21

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ