Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan Nyu-Yorkda görüşəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan Nyu-Yorkda görüşəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan bu ilin sentyabrında Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində görüşəcəklərini razılaşdırıblar.

 

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “RİA Novosti”yə bildirib.

 

Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında ilk görüş bu il iyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefani Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) vasitəçiliyi ilə olub.

 

“Nazirlər BMT-nin Baş Assambleyası çərçivəsində görüşməyi prinsipial olaraq razılaşdırıblar. Bu görüşədək daha bir görüşün keçirilməsi məsələsi nəzərdən keçirilir”, - deyə Hikmət Hacıyev bildirib. 

31.07.2018 13:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ