Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avqust ayının hava proqnozu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avqust ayının hava proqnozu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Avqust ayında havanın orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Reklam_3_11

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Avqust ayının birinci ongünlüyündə hava şəraitinin sabit keçəcəyi, şimal küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

 

Bakıda və Abşeron yarımadasında

 

Orta aylıq temperaturun 25-28 dərəcə isti (gecələr 22-27, gündüzlər 30-35, bəzi günlərdə 37-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-8 mm) olacağı gözlənilir.

 

Naxçıvan Muxtar Respublikasında

 

Orta aylıq temperaturun 25-29 dərəcə isti (gecələr 21-26, gündüzlər 32-37, bəzi günlərdə 40-42 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın  olacağı  (norma 6-10 mm) gözlənilir.

 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

 

Orta aylıq temperaturun 17-22 dərəcə isti (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

 

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

 

Orta aylıq temperaturun 24-26 dərəcə isti (gecələr 20-25, gündüzlər 29-34, bəzi günlərdə 37 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

 

­­ 1 GÜNƏ KREDİT ALIN!

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (15-27 mm) olacağı gözlənilir.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

 

Orta aylıq temperaturun 21-25 dərəcə isti (gecələr 18-23, gündüzlər 28-33, bəzi günlərdə 35-37 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasını daxilindədir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 13-116 mm) gözlənilir.

 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

 

Orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 21-26, gündüzlər 30-35,  bəzi günlərdə 37-40 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1dərəcə yüksəkdir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 6-22 mm) olacağı gözlənilir.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 22-27 dərəcə isti (gecələr 20-25, gündüzlər 28-33, bəzi günlərdə 35-37 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 13-83 mm) olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox (norma 32-55 mm) olacağı gözlənilir.

31.07.2018 15:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ