Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Məşhur robot Sophia Azərbaycanın milli geyimində Bakıda çıxış edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məşhur robot Sophia Azərbaycanın milli geyimində Bakıda çıxış edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) 27-28 oktyabr tarixlərində FA International Trade Events və Keepface DMCC şirkətinin əməkdaşlığı ilə Bakıda təşkil olunacaq “Global Influencer Day” konqresində dünyaca məşhur Robot Sophia Azərbaycan milli geyimində çıxış edəcəkdir.

 

Reklam_3_11

Medianın sevimlisinə çevrilən Sophia haqqında xəbərlər 2017-ci il ərzində 10 milyard dəfə oxunmuş və izlənilmişdir. Məşhur moda jurnallarından birinin də üz qabığında yer alan Sophia, Bakı Konqress Mərkəzində baş tutacaq “Global İnfluencer Day” tədbirində spiker olaraq çıxış edəcəkdir.

 

Dünyaca məşhur qlobal şirkətlərin nümayəndələrinin iştirak edəcəyi konqresdə 3500 nəfər iştirakçı nəzərdə tutulub. Hər kəsin iştirak edə biləcəyi tədbirdə, biznes sahibləri, CEO-lar, marketinq və PR qurumların rəhbərləri, marketing və brend menecerlər, məşhurlar, makro və mikro “influencer”lar və media nümayəndələri iştirak edəcəkdir.

 

Tədbir zamanı iştirakçılar fərqli panel mövzularının müzakirə ediləcəyi “Influencer Marketing” konfransına qatılaraq öz sahələrində sözünü demiş ekspertləri dinləyə biləcək, dünyanın 30 ölkəsindən dəvət ediləcək “influencer”lar ilə görüşə biləcək. Həmçinin sosial mediada paylaşımları ilə seçilən “influencer”ların mükafatlandırma mərasimi təşkil ediləcəkdir.

 

Bakıda keçiriləcək “Global İnfluencer Day” konqresinə biletlərin satışı 1 Avqust 2018-ci il tarixindən təqdim ediləcəkdir. Biletləri onlayn şəkildə və ya tədbirin eksklüziv partneri olan iTicket-in bütün kassalarından əldə etmək mümkün olacaq.

 

 “Global İnfluencer Day” ilə bağlı ən yeni xəbərləri http://influencerday.org/  ünvanından izləyə bilərsiniz.

 

31.07.2018 15:58

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ