Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bu gün Fed faiz qərarını açıqlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün Fed faiz qərarını açıqlayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün ABŞ Mərkəzi Bankının (Fed) növbəti iclası başa çatacaq. İclasda faiz dərəcələrinin sabit saxlanacağı gözlənilir. Prezident Donald Tramp Fed-in  faiz artırmasına qarşı tənqidini artırsa belə, bank, yüksələn inflyasiya və güclü iqtisadi artım ilə əlaqədar olaraq bu il daha iki dəfə faiz artırmaq fikirindən imtina edəcək kimi görünmür.
 
"Marja" xəbər verir ki, Fed bu il faiz nisbətlərini Mart və İyun aylarında artarıb. İnvestorlar Sentyabr və Dekabr aylarında da faizlərin artırılacağını gözləyirlər. Fed 2015-ci ilin Dekabr ayından bu yana yeddi dəfə faiz artırıb.
 

Fed faiz qərarını bu gün Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq. Mətbuat konfransı nəzərdə tutulmur və Fed-in İyun ayındakı açıqlaması ilə müqayisədə yalnız kiçik dəyişikliklər gözlənilir. Fed İyun ayındakı  toplantısında sürətlənən iqtisadi artımı, güclü investisiyaları və inflyasiyada artımı vurğulamışdı.
 

Reklam_3_11

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

ABŞ Ticarət Nazirliyinin ötən Cümə günü açıqladığı məlumata görə, ABŞ iqtisadiyyatı, artan istehlakçı xərclərilə ikinci rübdə proqnoza paralel 4.1 faiz artaraq, təxminən dörd ilin ən sürətli böyüməsini qeyd edib.
 

 Fed-in inflyasiya meyarı olan baza PCE ikinci rübdə 2% artıb. 

 

Fed sədri Jerome Pauell, ABŞ iqtisadiyyatının ən azı üç il daha hökumətin ümumi daxili məhsul artımını təmin edəcək vergi və xərc proqramları ilə "yaxşı bir vəziyyətdə" qalacağına inandığını söyləmişdi.  
 

İşsizlik nisbəti, Fed rəsmilərinin normal qəbul etdikləri səviyyədən aşağıdır.
 

Fed-in 2019-cu il ərzində də faizləri artırmağa davam edəcəyi gözlənilir.
 

Bununla yanaşı Fed, ABŞ və Çin arasında malların maya dəyərini artıracaq və şirkətlərin investisiya planlarını zədələyə biləcək ticarət müharibəsinin potensial təsirlərinə qarşı da ehtiyatlı olmağa çalışır.
 

1 GÜNƏ KREDİT ALIN!

 

Özündən əvvəlki ABŞ prezidentlərinin Fed-in siyasəti haqqında açıqlama verməmək ənənəsini pozan Tramp, yüksək faiz nisbətlərinin iqtisadi inkişafa zərər verməsindən narahat olduğunu söyləmişdi.
 

Tramp Fed-in faiz nisbətlərini yüksəltmək siyasətinə qarşı tənqidini sərtləşdirərək, bunun ABŞ-ın "böyük rəqabət üstünlüyünə" kölgə saldığını və ABŞ iqtisadiyyatına zərər verə biləcəyini bildirmişdi. 

01.08.2018 06:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ