Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avropa İttifaqı TANAP-a 5,4 milyon avro ayırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa İttifaqı TANAP-a 5,4 milyon avro ayırıb

 

Avropa Komissiyasının qitənin bir neçə mühüm enerji infrastrukturu layihəsinə “CEF Energy” (Connecting Europe Facility) proqramı çərçivəsində ümumilikdə 48,4 milyon avro dəyərində qrantın ayrılmasına dair təklifini Avropa İttifaqı müsbət cavablandırıb.

Reklam_3_11

 

SOCAR-dan  verilən məlumata görə, qərara əsasən  Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP layihəsinə “Boru kəmərinin katod mühafizəsinin quraşdırılmasının yoxlanılması və infrastrukturda remodifikasiya” işlərinə və eləcə də “çertyoj və diaqramların yenilənməsi” sahəsində iş həcmlərinə ümumilikdə 5 mln. 44 min 394 avro qrant ayrılıb.

 

­­ 1 GÜNƏ KREDİT ALIN!

 

Qeyd edək ki, TANAP təbii qaz boru kəməri layihəsi CEF Energy proqramı çərçivəsində maliyyələşdirmə üçün seçilmiş iki qaz layihəsindən biridir. Avropa Komissiyası 2017-ci ilin noyabr ayında 173 layihənin daxil olduğu Ümumi Maraq Layihələrinin (PCI) siyahısını dərc etmişdir. Bu siyahıda 53 qaz infrastruktur layihəsi var. Xatırladaq ki, PCI statusuna malik layihələr 2014-2020-ci illər üçün büdcəsi 5,35 milyard avro olan “CEF Energy” fondunun maliyyə dəstəyindən yararlanmaq hüququna malikdirlər.

 

Xatırladaq ki, 2014-cü ildən bu günə qədər TANAP layihəsi çərçivəsində müxtəlif mühəndislik və layihələndirmə işləri üçün CEF Energy proqramı vasitəsilə əldə olunan vəsait 15 milyon avronu ötmüşdür. Ümumilikdə isə, TANAP və TAP layihələri çərçivəsində müxtəlif iş həcmlərinin maliyyələşdirilməsi üçün əldə olunmuş qrantların məbləği 30 milyon avroya yaxındır.

01.08.2018 09:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ