Sahibkarlığa Kömək Milli Fondu ləğv edilir

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

 

Dövlət başçısının saytında dərc olunmuş fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilir.

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilir.

 

Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 9 nəfərdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasının 5 üzvünü İqtisadiyyat Nazirliyi, 4 üzvünü isə Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası (hər qurumdan bir nəfər olmaqla) təyin edir.

 

Fondun fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.

 

Fondun nizamnamə fondu 1 mlrd. 94 mln.254,581 min manatdır.

 

İqtisadiyyat Nazirliyinə müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində fondun ştat cədvəlinin təsdiq edilməsi tapşırılıb.

 

Nazirlər Kabinetinə fondun vergi öhdəliklərindən azad edilməsi, ayrılmış güzəştli kreditlər üzrə müvəkkil kredit təşkilatlarının fonda ödəyəcəyi bütün vəsaitin vergi öhdəliklərindən azad edilməsi ilə bağlı qanun layihəsini bir ay müddətində hazırlamaq, fondun fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.

 

 1 GÜNƏ KREDİT ALIN!

1 Avqust 2018 , 11:27   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin