Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Azərxalça” üçün avtobuslar alındı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərxalça” üçün avtobuslar alındı

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin respublikamızın bölgələrində 10 filialı fəaliyyət göstərir.

Reklam_3_11

 

Bu filiallar üçün tikilən binalar lazımi avadanlıqlarla təmin olunub. Müasir və işıqlı filial binalarında toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu yaradılıb. Bütün bunlarla yanaşı, filiallarda çalışanların iş yerinə rahat gediş-gəlişinin qayğısına da qalınıb.

 

ASC-dən verilən məlumata görə, dövlət başçısının tapşırığı ilə “Azərxalça”nın hazırda fəaliyyət göstərən Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Ağdam və Füzuli filialları avtobusla təmin olunub.

 

­­ 1 GÜNƏ KREDİT ALIN!

 

Bu ilin sonuna qədər fəaliyyətə başlayacaq filiallar üçün də nəqliyyat vasitələri alınaraq artıq ölkəmizə gətirilib.

 

“Azərxalça”nın aldığı 18 ədəd “Hyundai” markalı avtobus sərnişindaşıma ilə bağlı müəyyənləşdirilən tələblərə tam cavab verir.

 

Bu avtobusların hər biri 38 sərnişin yerlikdir. Dizel yanacağı ilə işləyən avtobusların mühərriki “AVRO 4” standartına uyğundur. Avtobusların geniş salonunda sərnişinlərin rahatlığı nəzərə alınıb, havalandırma yeri və kondisioner quraşdırılıb.

 

Yeni nəqliyyat vasitələri toxucuların rahat və təhlükəsiz şəraitdə mənzil başına çatdırılmasına imkan verəcək.

01.08.2018 09:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ