Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Quş və quşçuluq məhsullarının idxalı məhdudlaşdırlır -XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Quş və quşçuluq məhsullarının idxalı məhdudlaşdırlır -XƏBƏRDARLIQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan və quş xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

 

Xəbərdarlıqda deyilir: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərində, Tatarıstan və Çuvaşiya Respublikalarında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) və Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilmişdir.

 

Bununla əlaqədar olaraq yüksək patogenli quş qripi xəstəliyinin qeydə alındığı Rusiya Federasiyasının Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərindən, Tatarıstan və Çuvaşiya respublikalarından diri quş və quşçuluq məhsullarının idxalı müvəqqəti olaraq məhdudlaşdırlır.

 

Eyni zamanda Rusiya Federasiyasının Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyi qeydə alındığı üçün bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələbləri nəzərə alınmalıdır”

 

­­ 1 GÜNƏ KREDİT ALIN!

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərindən, Tatarıstan, Çuvaşiya respublikalarından gələn və ya qeyd edilən ərazilərdən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının  Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunmuşdur.

01.08.2018 10:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ