Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Güclü külək əsəcək - XƏBƏRDARLIQ

 

 Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Reklam_3_11

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-27, gündüz 29-34, Bakıda gecə 25-27, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

 

Abşeron çimərliklərində avqustun 2-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək.

 

Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

 

ETSN bununla əlaqədar çimərliklərə üz tutanları ehtiyatlı olmağa çağırır.

 

­­ 1 GÜNƏ KREDİT ALIN!

 

Azərbaycanın rayonlarında avqustun 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

 

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza görə, avqustun 2-3-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün müsbət amildir.

 

ETSN xəbərdarlıq edir ki, avqustun 2-si gündüzdən avqustun 4-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

01.08.2018 11:00

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ