Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

"BP"nin Bakıdakı ofisinin yaydlğı hesabata görə, 2018-ci ilin 1-ci yarısının sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2669 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Bu, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 90%-ni təşkil edir və bu işçilərin də çoxu rəhbər vəzifələrdədir.

 

Reklam_3_11

2017-ci ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2448 nəfər idi. Beləliklə, bu ilin 1-ci yarısında BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 221 nəfər artıb.

 

2014-cü ildən bəri BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var idi. BP öz yerli işçilərinin inkişafına dəstək verməklə onların  ixtisaslı işçi tələb edən vəzifələrin əksəriyyətində xarici vətəndaşları əvəz etməsinə nail olub.

 

İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

01.08.2018 14:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ