Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Üzən məzənnəyə keçmək üçün 2 şərt

iç səhifə xəbər başlığı altı (mobil)_31
Üzən məzənnəyə keçmək üçün 2 şərt

“Üzən məzənnəyə keçid istiqamətində işlər görülür, bizim aydın və iddialı planımız var”.

 

Reklam_3_11

“Marja”nın məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, dünyada sərbəst üzən məzənnə rejimində olan ölkələr azdır. Üzən məzənnənin bu və ya digər variantlarından istifadə edirlər. Dünya ölkələri tərəfindən sərt və ya yumuşaq idarə olunan məzənnə rejimləri tətbiq olunur.

 

Elman Rüstəmov qeyd edib ki, üzən məzənnəyə keçid üçün iki şərt yerinə yetirilməlidir: ixrac ciddi şaxələndirilməli və çoxlu valyuta satıcılarının olduğu valyuta bazarı formalaşmalıdır:

 

1 GÜNƏ KREDİT ALIN!

 

"Birinci icrac şaxələnməlidir, Azərbaycana valyuta gətirən subyektlərin sayı artmalıdır. Hazırda bazarda valyutaya ciddi tələbi olan idxalçılar var, amma onun qarşısında kifayət qədər satıcılar yoxdur. Üzən məzənnə bazar məzənnəsidir. Məzənnə bazarda tələb və təklifin nisbətilə formalaşır. Mərkəzi Bank hansısa fundamental amillərə əsaslanmayan kənarlaşma olan zaman qarışır və oz intervensiyası (xarici valyutanın alınması və yaxud satılması) vasitəsilə bu prosesi yumuşaldır. Amma, əsasən məzənnə sərbəs bazarda formalaşır. Üzən məzənnəyə keçmək üçün liberal və şaxələndirilmiş valyuta bazarı formalaşmalıdır. İxracın şaxləndirilməsi və qeyri-neft ixracının artırılması üçün dövlətin ambisiyalı planları var və böyük təşviq işləri görülür. Biz ümid edirik ki, bu tədbirlər ilə orta müddətli dövrdə şaxələnmiş ixraca əsaslanan valyuta bazarı yaranacaqdır. Həmçinin digər bir sıra tədbirlərin də reallaşdırılması ilə orta müddətli dövrdə üzən məzənnə rejiminə keçə bilərik".

02.08.2018 05:58

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ