Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-ın neft ehtiyatları yüksəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın neft ehtiyatları yüksəlib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya məqsədli (satış üçün) xam neft ehtiyatlarının ötən həftə 3,8 milyon barel (0,9 faiz) artımla 408,7 milyon barelə çatdığını açıqlayıb. "Marja" xəbər verir ki, bazar gözləntisi, ehtiyatların 2,8 milyon barrel azalacağı istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 6,1 milyon barrel azalma göstərmişdi.
 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə dəyişməyərək 660 milyon barreldə sabit qalıb.
 

Reklam_3_11

ABŞ-ın benzin ehtiyatları da keçən həftə 2,5 milyon barrel (1,1 faiz) azalma ilə 231 milyon barrelə enib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 1,3 milyon barrel azalma olması şəklində idi. Bir əvvəlki həftə benzin ehtiyatları 2,3 milyon barel azaılma göstərmişdi.

 

ABŞ-ın xam neft idxalı, keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 21 min barrel azalma ilə 7,75 milyon barrelə geriləyərkən, xam neft ixracı da gündəlik orta hesabla 1,37 milyon barel azalaraq 1,31 milyon barelə düşüb.
  

Xam neft hasilatı son 29 həftədə 3 dəfə azalıb

 

Ölkənin xam neft hasilatı da keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 68 min barel azalaraq 10,9 milyon barel səviyyəsində olub. Xam neft istehsalı, bir əvvəlki həftəyə nisbətən ölkənin Alyaska ştatında geriləyərkən, digər əyalətlərdə hasilat sabit qalıb. Beləliklə, ölkənin xam neft istehsalı, son 29 həftədə 3-üncü dəfə azalma qeyd edib.
 

EIA-nın İyul 2018 hesabatına görə, ABŞ-ın 2018-dəki xam neft hasilatının gündəlik orta hesabla 10,8 milyon barrel olması gözlənilir.
 

Hesabata görə, ABŞ-ın 2019-daki xam neft hasilatının gündəlik orta hesabla 11,8 milyon barrel olacağı və dünyanın ən iri xam neft istehsalçısı Rusiyanı geridə qoyacağı proqnozlaşdırılır.

 

Bakı vaxtı ilə saat 08:30-da Qərbi Texas nefti (WTI) 67.97 dollardan, Brent nefti 72.57 dollardan alıcı tapıb. Brent nefti Çərşənbə günü 1.82 dollar ucuzlaşıb.

02.08.2018 06:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ