Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

13 bankın faiz gəlirləri azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
13 bankın faiz gəlirləri azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


Müştərilərə verilən kreditlərin azalması ilə 13 bankın faiz gəlirləri azalıb


 

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla ölkədə fəaliyyət göstərən 29 bankdan 16-nın bu ilin yanvar-iyun aylarındakı faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən çox olub.

 

Bunlar "AFB Bank", "Rabitəbank", "Bank BTB", "Günay Bank", "Bank Silk Vey", "Naxçıvan Bank", "NBC Bank", "Zıraat Bank Azərbaycan", "Express Bank", "Kapital Bank", "Bank Respublika", "Atabank", "Xalq Bank", Pakistan Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan" və İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika "AFB Bank"da (67,9%), ən aşağı dinamika isə İran Milli Bankının Bakı filialında (1%) qeydə alınıb.

 

13 bankın - "Turan Bank", "Azərbaycan Sənaye Bankı", "Nikoyl Bank", "Bank Avrasiya", "PAŞA Bank", "Azər-Türk Bank", "AGBank", "Access Bank", "Muğan Bank", "Unibank", "Bank of Baku", "Unibank" və "Bank VTB Azərbaycan"ın isə faiz gəlirləri azalıb. Ən çox azalma "Bank VTB Azərbaycan"da (58,3%), ən az azalma isə "Turan Bank"da (0,9%) qeydə alınıb.

 

ABB faiz gəlirlərinin dinamikasını açıqlamayıb.

 

5 BANKIN FAİZ GƏLİRLƏRİ 40 MİLYON MANATDA ÇOXDUR

 

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin faiz gəlirləri 40 milyon manatdan çox olub.

 

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (206,793 milyon manat), "Kapital Bank" (150,657 milyon manat), "PAŞA Bank" (80,769 milyon manat), "Xalq Bank" (54,473 milyon manat) və "Access Bank"dır (43,39 milyon manat).

 

Qalan 25 bankdan 18-də faiz gəlirləri 10-40 milyon manat arasında, 11 bankda 1-10 milyon manat arasında, 1 bankda - Pakistan Milli Bankının Bakı filialında isə 435 min manatdır.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© "Renkinq" 

02.08.2018 06:50

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ