Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Kapital Bank “Könüllülər” proqramına start verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank “Könüllülər” proqramına start verdi

(®) Kapital Bank gənclər üçün yeni “Könüllülər” proqramına başlayıb. Layihə çərçivəsində 30 nəfər gənc Kapital Bank filiallarında təcrübə proqramında iştirak edib, bank xidmətləri barədə biliklərə yiyələnəcəklər.

 

Reklam_3_11

Könüllülər ilk 2 həftə ərzində bankda nəzəri təlimlər keçəcəklər. Növbəti 2 həftə ərzində təcrübə proqramında iştirak edəcəklər. Son 2 ay müddətində isə filiallarda könüllülər qismində müştərilərə xidmət göstərəcəklər. 3 aylıq proqramın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

 

Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib ki, təcrübə proqramının sonunda yaxşı nəticələr göstərən gənclərə mövcud vakansiyalar üzrə iş təklifi veriləcək. Həmçinin gənclərə yalnız məlumat xidmətinin iş prinsipi deyil, bank əməliyyatları, kreditlər, əmanətlər, ödəniş kartları, pul köçürmələri, müxtəlif xidmət tarifləri və digər mühüm istiqamətlər üzrə də məlumat veriləcək və gündəlik iş prosesində onların da iştirakı təmin ediləcək.

 

Qeyd edək ki, Kapital Bank daim gənclərlə bağlı olan təhsil və karyera layihələrinə böyük diqqət ayırır. Beynəlxalq Təhsil Sərgisi, Respublika Fənn Olimpiadası, Azərbaycan üçün öyrət, Təhsil Avtobusu, Sabah qrupları ilə layihələrdə iştirak, o cümlədən İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

02.08.2018 07:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ