Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dövriyyədə olan nağd pullar artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövriyyədə olan nağd pullar artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

May ayı ilə müqayisədə İyunda dövriyyədə olan nağd pullar 135,8 milyon manat artıb.

 

Reklam_3_11

“Marja” Mərkəzi Bankım statistikasına istinadən xəbər verir ki, İyunun sonunda dövriyyədə 7 milyard 814.5 milyon manat nağd pullar olub. Bu məbləğ Mayın sonunda 7 milyard 678.7 milyon manat idi.

 

Ötən ilin sonu ilə müqayisədə dövriyyədə olan nağd pullar 325,7 milyon manat azdır. 31 Dekabr 2017-ci il tarixinə olan məlumata görə, həmin tarixdə dövriyyədə 8 milyard 140.2 milyon manat nağd pullar olub.

 

May ayı ilə müqayisədə İyunda pul bazası 57,6 milyon manat azalaraq 9 milyard 674.5 milyon manata düşüb. Manatla  pul bazası isə 183,5 milyon manat artaraq 8 milyard 588 milyon manata çatıb. Müxbir hesablar isə 193,4 milyon manat azalaraq 1 milyard 842 min manata düşüb.

 

Müxbir hesablar azaldığından pul bazası da azalıb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul kütləsi isə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

 

Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 80%-i keçib. Devalvasiyalardan öncə bu nisbət 90% ətrafında idi.

02.08.2018 08:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ