Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İpoteka kreditində ikiqat artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
İpoteka kreditində ikiqat artım

2018-ci ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 117,4 mln. manat məbləğində ipoteka krediti verilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 52,5% çoxdur. Bu barədə Mərkəzi Bankın (AMB) statistikasından məlum olur.

 

İyun ayında agent banklar tərəfindən 19 mln. manat məbləğində ipoteka krediti verilib.

 

AMB-nin məlumatına görə, cari ilin yanvar-iyun aylarında İKZF 108,3 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib (2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 4,2 dəfə).

 

Bu dövrdə fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 50 mln. manat alıb.

 

İKZF 2018-ci ilin yanvar-iyun aylarında istiqrazların yerləşdirilməsindən 95 mln. manat cəlb edib.

 

2017-ci ildə fondun agent bankları tərəfindən 202,9 mln. manat məbləğində ipoteka krediti verilib.

 

Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.

 

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

 

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© “İnterfaks-Azərbaycan” 

02.08.2018 09:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ