Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

SOCAR-AQŞ "Günəşli"də növbəti quyuda qazma işlərinə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-AQŞ "Günəşli"də növbəti quyuda qazma işlərinə başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"SOCAR-AQŞ" şirkəti “Günəşli’’ yatağındakı 7 saylı stasionar dəniz özülündən 325 saylı quyuda qazma işlərinə başlayıb.

 

Şirkətdən "Marja"ya verilən məlumata görə, 325 saylı quyunun Balaxanı X horizontuna qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 2850 metr təşkil edir. 

 

"Əminik ki, dəyərlərinə daim sadiq qalan "SOCAR-AQŞ" həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir",- məlumatda deyilir.

 

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

"SOCAR AQŞ" MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

 

Hal-hazırda SOCAR-AQŞ dayaz sulu "Günəşli" yatağında yerləşən 7 və 11 saylı, "Qərbi Abşeron" yatağının 10 saylı, "Ümid" yatağının 1 saylı və "Bulla" yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır.


SOCAR AQŞ-nin səhmdarları SOCAR və "Nobel Oil Services" şirkətləridir.

02.08.2018 09:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ