Şərab istehsalçıları lizinq tələb edirlər
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb.
Kənd Təsərrüfatı Nzirliyindən "Marja"ya daxil olmuş məlumata görə, görüşə “Aqro-Azərinvest”, “Aspi-Aqro”, “Abşeron Şərab”, “Gəncə Şərab-2”, “Şərq Ulduzu”, “Göygöl Şərab Zavodu”, “Fireland Vineyards”, “AzGranata”, “Cəlilabad Şərab-2”, “Aqroinvestkom”, “Naiqin&Co” şirkətlərinin nümayəndələri qatılıblar. Görüşdə şərab istehsalçılarının problemləri müzakirə olunub, problemlərdən həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılıb.
Nazir İnam Kərimov assosiasiyaların fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyində Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin yaradıldığını qeyd edib. Görüşdə elmi nailiyyətlərin kommersiyalaşdırılması məsələsinə toxunan nazir Aqrar Elmin İnkişafı Proqramı üzərində işlənildiyini, tezliklə yerli kadr çatışmazlığının aradan qalxacağına əmin olduğunu vurğulayıb.
Assosiasiya üzvləri bu cür görüşlərin keçirilməsini müsbət dəyərləndirib və mütəmadi fikir mübadiləsi aparmaq üçün yeni platformaların yaradılmasını məqbul sayıblar.
Görüşdə ölkəyə ən son nəsil aqrotexniki avadanlıqların gətirilməsi, bu avadanlıqların assosiasiyaya üzv şirkətlərə lizinq yolu ilə verilməsi, texniki üzüm sortlarının tingçiliyinin inkişafı, qablaşdırma məsələləri, keyfiyyətə nəzarət və dequstasiya komissiyasının fəaliyyəti, mövcud xarici bazarların keyfiyyətli məhsulla təmin olunması kimi təkliflər müzakirə olunub.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin rəhbəri Vüqar Babayev, nazirliyin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov iştirak ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
8 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
8 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
8 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
9 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
9 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
9 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 10 saat əvvəl
- 10 saat əvvəl